Gənclər yığmasının müdafiəçisini icarəyə götürdülər – İlk gələn o oldu

11:20 Şamaxı 612
Gənclər yığmasının müdafiəçisini icarəyə götürdülər – İlk gələn o oldu

«Şamaxı»nın yeni baş məşqçisi Azər Bağırov ilk transfer çalışmasını bitirib.

Gənclər yığmasının müdafiəçisi Emil Qasımov növbəti mövsümü «şirlər»in düşərgəsində keçirəcək.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq əyalət təmsilçisi U-21-in aparıcı simasını 1 illik icarəyə götürüb.

Bu keçidlə bağlı onun müqavilə ilə məxsus olduğu «Səbail»dən razılıq alınıb. Təbii ki, müəyyən təzminat qarşılığında.

Son mövsümün ikinci yarısında «Karvan»ın formasını geyinmiş mərkəz müdafiəçisi 4000 manat civarında əməkhaqqı alacaq.

«Şamaxı» iyunun ilk günləri ərzində başqa transfer etməyib. Yalnız 3 nəfərlə müqavilə yenilənib.

Nigeriyalı hücumçu Abdulla Şuaybu ilə uzadılan kontraktın müddəti 1 ildirsə, Həbib İsmayılov və Abdulla Seydəhmədovla anlaşma iki illikdir.

Ümumiyyətlə, yeni baş məşqçinin gəlişindən sonra burada pisliyə doğru dəyişdiyini deyə bilərik. Artıq 18 futbolçu Şamaxı rayonu ilə bütün əlaqəsini kəsib.

Alfons Mabula Msanqa, Ravil Qafarov, Sezar Enrike, Bilal İsmayılov, Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tirkoveanu, Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov və Karim Rossi gedənlərin qatarına qoşulub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti