Bölgə klubu milli üzvünə görə təklif aldı, təzminat tələb etdi

6 İyun 21:00 Şamaxı 1 568
Bölgə klubu milli üzvünə görə təklif aldı, təzminat tələb etdi

"Şamaxı"nın yarımmüdafiəçisi Oruc Məmmədov klubunu dəyişə bilər.

Orta sahə oyunçusunun xidmətində bir neçə Premyer Liqa klubu maraqlıdır.

Amma gənc futbolçunu istəyən klubların onu heyətinə qatması heç də asan məsələ deyil.

Orucun bölgə klubu ilə qüvvədə olan daha bir illik müqaviləsi var.

"Şirlər" Məmmədov ayrılığına qarşı deyil, ancaq bunun üçün qarşı tərəflərin təzminat ödəməsini tələb edir.

Oruc bu mövsüm yaxşı oyunu ilə diqqətləri üzərinə çəkə bilib.

Gənclər millimizin üzvü meydana çıxdığı 34 görüşdə 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 İyul 18:10 Çək və bizə göndər!