Azərbaycanın U-21 yığmasının üzvü Edqar Adilxanvov Bolqarıstan klubunun diqqət mərkəzindədir.
Sportinfo.az xəbər verir ki,sportal.az-a verilən məlumata görə, Bolqarıstan yüksək liqasında yarışan “Spartak” (Varna) “Şamaxı”da çıxış edən yarımmüdafiəçini izləyir.
Bolqarıstan klubunun çalışdırıcısı, vaxtı ilə milli komandamızın baş məşqçisi olmuş Qyoko Haciyevski futbolçunu sərəncamında görmək istəyir.
Amma bolqarlar yığmamızın futbolçusu üçün təklif göndərməkdə tələsmir.
Onlar Adilxanovu bu mövsüm də izləyəcək və qışda, ən geci isə yayda heyətinə qatmaq üçün addımlar atacaq.

