Millinin futbolçusu baş hakimin saatını gizlicə qoluna taxdı - DÇ-də qəribə hadisə

Millinin futbolçusu baş hakimin saatını gizlicə qoluna taxdı - DÇ-də qəribə hadisə

DÇ-2026-nın Türkiyə - Paraqvay (0:1) matçında qəribə hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, Türkiyə millisini turnirdən kənarlaşdıran oyuna Paraqvay yığmasının futbolçusu Matias Qalarsanın hərəkəti damğa vurub.

Belə ki, qarşılaşma zamanı oyunçuları sakitləşdirməyə çalışan salvadorlu baş hakim İvan Bartonun qolundakı saatı yerə düşüb və referi bunu hiss etməyib.

Fürsətdən istifadə edən Paraqvayın qol müəllifi Qalarsa yerdən saatı götürərək gizlicə öz qoluna taxıb.

Bir müddət hakimin saatı ilə meydanda qaçan futbolçu daha sonra onu Bartona geri qaytarıb.

Sosial şəbəkələrin Türkiyə seqmentində matçda sarı vərəqəsi olan Qalarsanın bu hərəkətinə görə ikinci xəbərdarlıqla meydandan qovulmalı olduğu bildirilərək hakim idarəçiliyi kəskin tənqid edilib.

Türkiyə sözügedən matçda Paraqvaya 1:0 məğlub olaraq, turnirlə erkən vidalaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti