“Qəbələ”dən “Şamaxı”ya keçdi

13 İyun 23:40 Şamaxı 192
“Qəbələ”dən “Şamaxı”ya keçdi

“Şamaxı” daha bir futbolçu ilə gücləndirib.

Bölgə təmsilçisi Ceyhun Bağırzadəni heyətinə qatıb.

Yeni baş məşqçi Azər Bağırov başa çatan mövsümdə “Qəbələ-2”nin şərəfini qorumuş, ara-sıra əsas komandaya cəlb olunmuş futbolçunun keçidinə nail olub.

2006 doğumlu mərkəz müdafiəçisi ilə 2-3 illik müqavilənin bağlanması nəzərdə tutulub.

Bağırzadə Azərbaycan U-21 millisinin Türkiyənin İsparta şəhərində baş tutan sonuncu toplanışında iştirak edib.

Maraq üçün bildirək ki, “Şamaxı” yay fasiləsində Uğur Cahangirovla Emin Rüstəmovun keçidini bəyan edib.

Abdulla Şuaybu, Həbib İsmayılov və Abdulla Seyidəhmədovla başa çatan müqavilələrin müddəti yenilənib.

Nigeriyalı hücumçu ilə 1, yerlilərlə 2 illik.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar