Millimizin üzvü əməliyyat olunacaq

3 Oktyabr 2021 22:20 Şamaxı 646
Millimizin üzvü əməliyyat olunacaq

"Sabah"la oyunda zədə alaraq meydanı erkən tərk edən "Keşlə"nin gənc futbolçusu Elçin Mustafayevin durumuna aydınlıq gəlib.

Sportinfo.az-ın məlumatına görə, müdafiəçinin çiyni sınıb. Elçin yaxın günlərdə əməliyyat olunacaq.

Bu isə onun uzun müddət yaşıl meydanlardan kənarda qalması deməkdir.

Bu səbəbdən 21 yaşlı oyunçu U-21 millimizin heyətindən də çıxarılıb.

Xatırladaq ki, Elçin Mustafayev "Sabah"la görüşün 33-cü dəqiqəsində zədələnərək yerini Rəfail Məhərrəmliyə vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu