"Əlimizi-qolumuzu yanımıza salmaq fikrində deyilik"

29 İyul 2021 13:00 Şamaxı 1 186
"Əlimizi-qolumuzu yanımıza salmaq fikrində deyilik"

"İlk oyunu cəza səbəbindən kənarda qaldım. Hər birimiz həmin oyunu izlədik. "Soçi"nin güclü rəqib olduğunu gördük. Əbəs deyil ki, yaxşı nəticə qazanıblar".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Konfrans Liqasının II təsnifat mərhələsinin "Soçi" ilə cavab oyunu haqqında danışan "Keşlə"nin mərkəz müdafiəçisi Şəhriyar Əliyev deyib.

Təcrübəli futbolçu ilk oyundakı ağır məğlubiyyətə rəğmən bu gün yaxşı nəticə üçün meydana çıxacaqlarını bildirib: "Bu gün öz evimizdə oynayacağıq. Yaxşı nəticə göstərməyə çalışacağıq. Oyunun analizi olub. Məşqçimiz lazım olan tapşırıqları verib. İlk gündən bizi yaxşı nəticə üçün inandırmağa çalışır. Verilən tapşırıqları yerinə yetirə bilsək, yaxşı nəticə qazana biləcəyik.

İlk oyunda 3-0 hesabı olsa belə, bu gün əlimizi-qolumuzu yanımıza salmaq fikrində deyilik. Hər kəs meydana çıxıb, lazım olan kimi mübarizə aparacaq".

"Ask Arena"da keçiriləcək "Keşlə" - "Soçi" görüşü bu gün 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!