Azərbaycan klubunun təklifi 8000 dollara düşdü, problem yarandı

14 İyun 2021 19:40 Şamaxı 2 077
Azərbaycan klubunun təklifi 8000 dollara düşdü, problem yarandı

“Keşlə” yeni legionerlərin alınması prosesində ciddi problemlə üzləşib.

Bu, klubun büdcəsinin azalması ilə əlaqədardır.

Belə ki, “Keşlə” maraq dairəsinə düşən legionerlərə maksimum 8000 dollar təklif eləyir.

Ölkə kubokunun sahibi danışıqlar apardığı əcnəbi futbolçularla danışıqlarda bu səbəbdən durğunluq yaşayır. Paytaxt təmsilçisinin dəvət göndərdiyi oyunçuların bir çoxu Azərbaycana gəlməkdən imtina edib.

Yaxınlarda «Keşlə»də kütləvi ixtisarlara başlanılıb. Bu, klubun bütün strukturlarını əhatə edir. Belə ki, bir sıra işçi ştatı ləğv olunub, müqaviləsi yenilənənlərə daha az maaş təklif edilib.

Ümumiyyətlə, paytaxt klubunda əməkhaqqı həddi 30-40 faiz aşağı salınııb. Bu da SOCAR tərəfindən ayrılan illik büdcənin azalmasıyla əlaqədardır.

Halbuki bu, gözlənilmirdi. Çünki «Keşlə» ölkə kubokunu qazanmaqla yanaşı, Konrfans Liqasına yüksəlib.

Belə vəziyyət akademiyanın fəaliyyətinə mənfi zərbə vurmaqla yanaşı, komandanın güclənməsinin qarşısını alır. Bu mənada, əksər futbolçuların düşərgəsini tərk etməyə başlaması təsadüfi qarşılanmamalıdır.

Büdcə azalıbsa, avtomatik olaraq transferlərə ayrılan vəsaitin ümumi həcmi də aşağı düşüb. İki-üç aydan bir maaş ödəyən klubda bir də belə halların baş verməsi əksər oyunçuların gözünü qorxudub və indi risk etmək istəmirlər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti