İstefaya göndəriləcəyini öyrəndi, özü çıxıb getdi

24 Yanvar 2021 13:00 Şamaxı 1 645
İstefaya göndəriləcəyini öyrəndi, özü çıxıb getdi

Uzun müddətdir "Keşlə"də gözlənilən hadisə, nəhayət ki, bu gün baş verib.

Yunis Hüseynov istefa ərizəsini rəhbərliyə təqdim edib.

Klubun rəsmi saytı məlumat yayıb ki, bu gün keçirilən görüşdən sonra Hüseynovun istefası qəbul olunub. 55 yaşlı mütəxəssis İdarə Heyətinin sədri Zaur Axundova təşəkkür edib, kluba uğurlar arzulayıb.

Rəhbərlik də öz növbəsində Hüseynova göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Yunis Hüseynov "Keşlə"yə 2020-ci ilin avqustunda baş məşqçi təyin olunmuşdu. Tərlan Əhmədrovun yerinə gətirilən mütəxəssis ona bəslənən ümidləri doğrultmadı. Komanda Hüseynovun yönətimində Premyer Liqanın ilk 2 dövrəsini uğursuz keçirdi.

14 tura 13 xal toplayan bürünc medalçı hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Bu isə yenidən avrokuboklara vəsiqə qazanmağı hədəfləyən klub rəhbərliyinin iddiası ilə uzlaşmır.

Redaksiyamıza daxil olan yeni məlumata görə, AFFA-nın təqdimatı əsasında "Keşlə"nin sükanı arxasına keçən Hüseynov konkret tələb qarşısında geri çəkilib.

O, qitə arenasına yollanacaq iştirakçılar arasında olub-olmayacaqları barədə suala dəqiq cavab verməyib.

Premyer Liqanın növbəti turunda "Qəbələ"nin qonağı olacaq komandanın qələbə qazanmayacağı təqdirdə, özünün vəzifədən uzaqlaşdırılacağını öyrənən Yunis bəy, belə demək mümkünsə, daha cəld tərpənib və istefa ərizəsi yazıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"