Azərbaycan klubu həvəskar legionerə 10 min dollar ödəməli oldu – Yolları ayırmaq üçün

7 Oktyabr 2024 09:00 Kəpəz 2 949
Azərbaycan klubu həvəskar legionerə 10 min dollar ödəməli oldu – Yolları ayırmaq üçün

“Kəpəz” bu gün Keverton Markolino ilə yolları rəsmən ayırıb.

Braziliyalı legionerlə bağlanmış 1 illik sözləşmə qarşılıqlı razılıq əsasında pozulub.

Qarşıdakı 4 ayın maaşı təzminat olaraq ona ödəniləcək. Bu da hardasa 10 min dollar deməkdir.

O, yay fasiləsində heyətə qatılan futbolçulardan biri idi.

Bura gələnə qədər həvəskarlar liqasında çıxış etmiş yarımmüdafiəçi Adil Şükürovun baş məşqçiliyi dönəmində şans qazansa da, Azər Bağırovun təyinatından sonra “ofsayd”a düşdü.

Yeni çalışdırıcı Kevertonun hazırlıq səviyyəsində razı qalmadığından, klub rəhbərliyindən “sambaçı”nın yola salınmasını xahiş edib. Onun sözü yerə salınmayıb.

Odur-budur, 23 yaşlı əcnəbini görən yox idi. Son 4 turda adına nə əsas, nə də əvəzedici komandanın oyunlarında rast gəlmişik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi