COP29

Azərbaycan klubu ətrafında 127 minlik MÜƏMMA - FOTO

14 İyun 20:40 Kəpəz 1 593
Azərbaycan klubu ətrafında 127 minlik MÜƏMMA - FOTO

“Kəpəz”lə bağlı sosial şəbəkələrdə yayılan fakt diqqət çəkməyə bilməz.

Söhbət Gəncə təmsilçisinin 2022/23 mövsümünün yekunları üçün hazırladığı hesabat sənədində bir menecerə 127 min manat ödəniş etməsindən gedir.

Təbii, belə məqamda ehtimal olunan əsas şəxs futbolçuların kluba transferinə görə vasitəçilik edən agentdir. Ki, ilboyu həyata keçirilən futbolçu keçidlərinə görə həmin adama 127 min manat ödənilib.

“Kəpəz”in maliyyə sıxıntısı yaşadığını, bir çox məsələlərdə qənaət rejimində işlədiyini nəzərə alsaq, hansısa agentə bu qədər pul verilməsi absurddur. Burada söhbət 75 min dollardan gedir.

Həmin menecerin kimliyi futbol ictimaiyyətinə məlumdur. Amma vəsaitin hamısının ona çatmasının özü də başqa söhbətin mövzusudur.

Məsələyə aydınlıq gətirmək üçün əlaqə saxladığımız klubun mətbuat katibi Azad Mustafayevin cavabı belə oldu:

“Klublar tərəfindən hər futbol ilinin sonunda maliyyə hesabatı verilir və sənəddə xərclənən vəsait təyinatı üzrə göstərilir. Klubumuz tərəfindən müvafiq xidmətlər üzrə ödənişlər olub.

Sənəddə göstərilən məbləğ səyahət agentliklərinə və futbolçu transferinə görə menecerlərə ödənən vəsaitin cəmidir.

Odənişlərə komandanın 2022/23 mövsümündə qışda toplanış üçün Antalyaya gediş-dönüş biletləri də daxildir. Bundan əlavə, müqavilə şərtlərinə görə bəzi futbolçulara vətənlərinə gediş-gəliş üçün biletlər alınıb. Bura qış tətil də daxildir.

Futbolçu keçidlərinə görə bütün klublarda menecerlərə vəsait ödənir ki, bu, yenilik deyil. Bizim klubumuz bu sırada digərləri ilə müqayisədə lap aşağı məbləğ ödəyib”.

Klub rəsmisinin açıqlamasından anlaşılır ki, maliyyə hesabatında 127 min manatın bir nəfərə ödənildiyi yazılsa da, əslində, vəsait bir neçə yerə bölünərək paylanıb.

Maraqlıdır...

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti