"Kəpəz"i yaxından maraqlandıran XOŞ YENİLİKLƏR

10 Aprel 13:00 Kəpəz 1 008
"Kəpəz"i yaxından maraqlandıran XOŞ YENİLİKLƏR

Xəbər verdiymiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dünən Gəncə şəhər stadionunun təməlini qoyub.

1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib.

Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından, fəaliyyəti qismən həyata keçirilirdi. Arenanın ərazisində köməkçi məşq meydançaları və futbol akademiyası binası tikilib.

Azərbaycan Prezidentinin 2023-cu il 6 oktyabr tarixli Sərəncamına əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq 1 milyon manat ayrılıb.

Stadionun layihələndirmə işləri artıq başa çatdırılıb. Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq.

UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir.

Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur.

Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq.

Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.

Arena 2025-ci ilin yayında təhvil veriləcək. Artıq həmin ilin avqustunda bura «MDB Oyunları»na ev sahibliyi edəcək.

Tikinti Türkiyədə şirkəti tərəfindən həyata keçirilir. Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə «DD» şirkəti bu öz üzərinə götürüb. Üç növbəli iş prosesi təmin olunub.

Yəni, futbol qurğusunun ərazisində gecə-gündüz inşaat gedəcək. 24 saatlıq çalışma üçün əraziyə 100-ə yaxın işçi personalı cəlb olunub. Onların istirahəti, yatması və qidalanması üçün burada vaqon tipli mərkəz quraşdırılıb.

«Kəpəz» təmirlə əlaqədar gələn mövsümü Gəncədə keçirə bilməyəcək. «Sarı-göylər»in rəqiblərini yenə Tovuzda qəbul edəcəyi gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti