Premyer Liqa klubunda bir bu QALMAQAL ÇATIŞMIRDI – Üzünü çevirib getdi…

25 May 13:00 Kəpəz 870
Premyer Liqa klubunda bir bu QALMAQAL ÇATIŞMIRDI – Üzünü çevirib getdi…

«Kəpəz»in çalışdırıcısı Tərlan Əhmədovun başı qalmaqaldan ayılmır.

Elə bir həftə olmur ki, onun Gəncədəki işi normal getsin.

Addımbaşı problem yaşayan mütəxəssisin klubda demək olar əksər şəxslərlə münasibətləri pozulub.

O, növbəti insidenti Xaliq Mərdanovla yaşayıb. Belə ki, əvəzedici heyətin sükançısı ilə bazada üz-üzə gələn Əhmədovun onunla sözü çəp gəlib.

Mərdanov üzərinə yeriyib, ünvanına sərt fikirlər səsləndirib. Bildirib ki, şəhərin əsl futbolsevərləri onu daha burada görmək istəmir.

Mərdanov deyib ki, Əhmədovun «Kəpəz»dəki işi ara vurmaqdan, müxtəlif şəxslər haqda mənfi rəy yaratmaqdan, klubun ətrafında birləşənləri parçalamaqdan ibarətdir.

O. mübahisənin dava-dalaşa çevrilməsindən ehtiyat edib, bu ittihamlara dilucu cavab verib və üzünü çevirərək gedib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 May 00:10 5 Azərbaycan rekordu!