“Neftçi“ni dilxor edən Tərlan Əhmədov, görün, nə hədiyyə verdi! - FOTOLAR

17 Mart 2023 16:00 Kəpəz 1 738
“Neftçi“ni dilxor edən Tərlan Əhmədov, görün, nə  hədiyyə verdi! - FOTOLAR

Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən “Neftçi” – “Kəpəz” duelindən sonra maraqlı an yaşanıb.

Matçda qeydə alınan 2:2 hesablı bərabərlik gəncəlilərin ürəyincə olub.

1 xaldan kefi kök olan “Kəpəz”in baş məşqçisi oyun başa çatandan sonra paltardəyişmə otağından üst mərtəbəyə qalxaraq “Neftçi”nin əlil azarkeşi ilə görüşüb.

O, fiziki qüsurlu fanata söz verdiyi topu bağışlayıb.

Gənc futbolsevər uzun müddət topa baxdıqdan sonra “dəri kürə”ni öpərək qucaqlayıb.

O, sonda “Sportinfo”nun kamerasına poz verməyi də unutmayıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda