Ronaldo barədə son qərar verildi, inandırdılar ki…

22 Noyabr 2020 13:20 İtaliya 1 474
Ronaldo barədə son qərar verildi, inandırdılar ki…

Sportinfo.az xəbər verir ki, "Yuventus"un idman direktoru Fabio Paratiçi hücumçu Kriştianu Ronaldonun komandadan mümkün gedişi haqqında xəbərlərə münasibət bildirib.

"Sizi inandıra bilərəm ki, Kriştianu Ronaldu "Yuventus"da qalacaq. Biz transferlər haqqında şayiələrə çox vaxt ayırmırıq, hər gün çoxlu xəbər meydana çıxır", - Paratiçi bildirib.

Daha əvvəl Ronaldonun 2021-ci ildə Turin "Yuventus"undan mümkün gedişi haqqında bildirilib. Eyni zamanda Kriştianu Ronaldunun yenidən "Mançester Yunayted"ə qayıda biləcəyi barədə xəbər yayılıb.

Ronaldo 2003 - 2009-cu illərdə "Mançester Yunayted"də çıxış edib. Daha sonra "Real"a keçən futbolçu 2018-ci ilin yayında "Yuventus"la 4 illik müqavilə imzalayıb.

O, "mankunianlar"ın heyətində 3 dəfə İngiltərə Premyer Liqasının, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!