Premyer Liqa təmsilçisi ən qolçu oyunçusuna yeni müqavilə təklif etmədi

22 İyun 2024 15:00 Sumqayıt 2 015
Premyer Liqa təmsilçisi ən qolçu oyunçusuna yeni müqavilə təklif etmədi

"Sumqayıt" ən qolçu ismi ilə yolları ayırıb.

Konfrans Liqasına vəsiqə qazanan "kimyaçılar" Kasimir Ninqaya yeni müqavilə təklif etməyib.

Geridə qalan mövsümdə komandanın bombardiri adına yiyələnən çadlı hücumçunun düşərgədən kənarda qalması Samir Abasovun qərarıdır.

Baş məşqçi keçirdiyi 28 Premyer Liqa qarşılaşmasında 7 qol və 1 qol ötürməsiylə yadda qalan 31 yaşlı legionerin məhsuldarlığından narazı olduğu üçün onun adını məhsuldar "qara siyahı"ya əlavə edib.

Abasov Premyer Liqada 3 penalti qoluna imza atmış afrikalı forvardın yerinə 4-5 namizədi gözdən keçirir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi