"Bayer"in "şinel"indən çıxmış müdafiəçi 3 il "Qarabağ"da! -  SƏKKİZİNCİ TRANSFER

17:40 Qarabağ 532
"Bayer"in "şinel"indən çıxmış müdafiəçi 3 il "Qarabağ"da! -  SƏKKİZİNCİ TRANSFER

"Qarabağ" bu gün növbəti transfer əməliyyatını bitirib.

Ağdam klubu bu dəfə müdafiə xəttini gücləndirib.

Premyer Liqanın vitse-çempionu son olaraq "Ferentsvaroş"da çıxış etmiş Cəbrayıl Makrekkisi sıralarına qatıb.

"Samsunspor" və Türkiyənin bir neçə Super Liqa klubunun marağına baxmayaraq, latviyalı Azərbaycanda oynamağa üstünlük verib.

"Qarabağ" sağ cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalayıb.

Makrekkis Leverkuzen "Bayer"inin yetirməsidir. “Bonner”, “Borussiya” (Dortmund, II), “Viktoriya” (Berlin) və “Pirin” kimi komandaların da şərəfini qoruyub. 26 yaşlı futbolçu 2023-cü ilin yayından bu ilin iyununadək

"Ferentsvaroş"a məxsus olub. O, 2025/26 mövsümündə meydana çıxdığı 38 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Makrekkis Latviyanın U-19 yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Beləcə, ağdamlıların bu yay düşərgəsinə qatdığı legionerlərin sayı 8-ə çatıb.

Daha öncə Zakaria Savo ("Aris", Kipr), Jali Muaddib (“Omoniya Aradippou", Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa ("Almeriya", İspaniya), Martin Zlomisliç ("Riyeka", Xorvatiya), Renaldo Sefas (“Pari Nijni Novqorod”, Rusiya) və Bense Varkonyi (“Zalaeqerseq”, Macarıstan) Qurban Qurbanovun sərəncamına verilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti