Argentina millisinin hücumçusu Lionel Messi komanda yoldaşları barədə xoş sözlər deyib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu çox mehriban kollektivlərinin olduğunu bildirib:
“Düzünü desəm, komanda yoldaşlarıma çox minnətdaram və onlarla birlikdə oynadığım üçün xoşbəxtəm. Hamımız dostuq, çox mehriban kollektivimiz var.
Bu dünya çempionatında oynamağımı komanda yoldaşlarıma borcluyam. Bilirəm ki, onlar mənim bu səviyyədə çıxış etməyim üçün əllərindən gələni edirlər”.
Argentina millisi DÇ-2026-da keçirdiyi dörd oyunun hamısında qələbə qazanıb. Messi bu qarşılaşmalarda 7 qol vuraraq, turnirin bombardirləri siyahısına başçılıq edir.
Argentina yığması 1/8 finalda Misir millisi ilə üz-üzə gələcək.

