“Bir neçə variantım var, tələsmək istəmirəm, yanvaradək gözləyəcəm, sonra qərar verəcəm”

14 Oktyabr 22:00 İtaliya 1 309
“Bir neçə variantım var, tələsmək istəmirəm, yanvaradək gözləyəcəm, sonra qərar verəcəm”

İtaliyalı hücumçu, hazırda azad agent olan Mario Balotelli yeni klub axtarışından danışıb.

Sportinfo.az “Tribal Football”-a istinadən xəbər verir ki, 35 yaşlı futbolçu bir neçə variantının olduğunu deyib:

“Mən müstəqil şəkildə məşq edirəm və əla fiziki vəziyyətdəyəm. İtaliyada komanda tapmaq istəyirəm.

İndi bir neçə variantım var, amma tələsmək istəmirəm. Yanvara qədər gözləyəcəm, sonra yekun qərar verəcəm”.

Balotellinin son klubu “Cenoa” olub. O, “İnter”, “Mançester Siti”, “Liverpul” və “Milan” kimi klublarda çıxış edib.

İtaliya millisinin heyətində 36 matçda meydana çıxıb, 14 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 18:10 Çək və bizə göndər!