Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Ukrayna ilə qarşılaşıb.
Krakovdakı "Krakoviya" stadionunda keçirilən matç rəqib komandanın 2:1 hesablı qələbəsi ilə bitib.
Ukraynalıların heyətində Aleksey Quçulyak (30) və Ruslan Malinovski (64) fərqləniblər.
Yığmanın yeganə qolu isə rəqibin heyətində Vitali Mikolenkonun ayağına yazılıb. O, 45+3-cü dəqiqədə avtoqol müəllifi olub.
«Sportinfo TV»də yayımlanan «Milli həftə»nin son buraxılışı dünənki görüşə həsr edilib.
Tanınmış teleaparıcı Ceyhun Rzayevin təqdimatında efirə çıxan verlişin qonağı Əfran İsmayılov olub.
Onlar komandamızın oyununu dəyərləndirib. Həm Rzayev, həm də İsmayılov millinin məğlubiyyətə rəğmən, əzmkar təsir bağışladığını bildirib.
Qeyd ediblər ki, Ayxan Abbasovun təyinatından bəri yığmanın tərzi və siması dəyişib, daha «ölüvay» təsir bağışlamırlar.
Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in dəstəyi ilə təqdim olunur.
“YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.
Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.
Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.
"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

