“Qarabağ”ın marağına baxmayaraq, Azərbaycanda çıxış etməyə həvəsli olmadı

14:20 Qarabağ 126
“Qarabağ”ın marağına baxmayaraq, Azərbaycanda çıxış etməyə həvəsli olmadı

Braziliyanın “Sport Resife” klubunun futbolçusu Marselo Ajul Azərbaycan və Portuqaliyadan təklif alıb.

Sportinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı mərkəz müdafiəçisi müvafiq olaraq “Alverka” və “Qarabağ”ın maraq dairəsinə düşüb.

“Alverka” hətta Braziliyanın B Seriyasında çıxış edən “Sport Resife”yə rəsmi təklif də göndərib.

Lakin braziliyalılar rədd cavabı veriblər. Ajul özü isə “Qarabağ”ın marağına baxmayaraq, Azərbaycanda çıxış etməyə həvəsli deyil.

Bu il keçirdiyi 21 oyunda 3 qol vuran Marselo Ajulun “Sport Resife” ilə müqavilə müddəti 2027-ci ilin sonuna qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyul 17:30 Çək və bizə göndər!