Hücum xəttini gücləndirdilər - 25 milyon avroluq transfer

31 İyul 21:40 İtaliya 533
Hücum xəttini gücləndirdilər - 25 milyon avroluq transfer

“Real” hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, “kral klubu” “Levante”dən Karlos Espini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Real” ispaniyalı forvard üçün qarşı tərəfə 25 milyon avro təzminat ödəyib. 21 yaşlı futbolçu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Karlos Espi 2022-ci ilin yayından “Levante”də çıxış edirdi. İspaniya U-20 millisinin üzvü 2025/26 mövsümündə La Liqada meydana çıxdığı 25 matçda 11 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi