Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən MOİK növbəti transferini reallaşdırıb.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Zahid Mərdanovu heyətinə qatıb.
Son olaraq “Şəfa”nın formasını geyinən 26 yaşlı müdafiəçi yeni mövsümdən etibarən MOİK-in uğurları üçün mübarizə aparacaq.
Zahid karyerası ərzində “Sabah”, “Kəpəz”, “Zirə” və “Şamaxı”nın da şərəfini qoruyub.

