Gələn mövsümdən «Gəncəbasar» adıyla I Liqada mübarizə aparacaq «Cəbrayıl»da kimlərin çalışacağı bəlli olub.
Tural Rzayev iki ilik aradan sonra komandanın sükanı arxasına qayıtmış Elhad Nəzirinin əsas köməkçi təyin edilib.
«Kəpəz»in yetirməsi olmuş, illərlə bu komandanın şərəfini qorumuş keçmiş hücumçu yeni rəhbərliyin istəyi ilə bu işi görməyə razılaşıb.
Ötən mövsüm «Cəbrayıl»ı çalışdırmış Tarıq Qasımov da buranı tərk etməyib. O, Nəzirinin korpusunda saxlanılıb. Bircə qalıb qapıçı məşqçisi mövqeyi, ora da axtarışlar davam edir.
Bakıda məskunlaşan klub regiona köçməyə qərar verib. «Gəncəbasar» paytaxtı Mingəçevirə dəyişib.
Komanda çempionat oyunlarını məhz bu şəhərdə keçirəcək.
İki ildir I Liqada yarışan klub dəyişiklik ərəfəsindədir. Yeni sponsorun gəlişi səbəbindən.
Gəncə bölgəsindən olan iş adamı onları öz himayəsinə götürüb. Hüquqi proses bu həftə rəsmiləşəcək.
Elhad Nəziri Qarabağ bölgəsini təmsil edən kluba tanış birisidir. 2024/25-ci il mövsümündə kollektivi çalışdırıb.
SPORTİNFO.AZ

