Azərbaycan yığması yunanlara iki dəfə qalib gəldi

1 Avqust 04:10 Voleybol 393
Azərbaycan yığması yunanlara iki dəfə qalib gəldi

Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin komandası Afinada Yunanıstan yığması ilə iki dəfə qarşılaşıb.

Hər iki oyunda millimiz 3:1 hesabı ilə qələbə qazanıb.

Azərbaycan - Yunanıstan 3:1 (25:17, 25:17, 21:25, 26:24)
Azərbaycan - Yunanıstan 3:1 (25:15, 25:23, 19:25, 25:18)

Yığmamızın Avropa çempionatına hazırlığının son mərhələsi Bakıda təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti