Ağayevə yeni təyinat - UEFA daha 3 azərbaycanlını Cəbəllütariqə göndərir

31 İyul 23:20 Hadisə 482
Ağayevə yeni təyinat - UEFA daha 3 azərbaycanlını Cəbəllütariqə göndərir

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Linkoln” (Cəbəllütariq) - “Omoniya” (Kipr) matçının baş hakimi olacaq.

Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Avstriyalı Alan Kijas VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Avqustun 6-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM