“Yuventus”dakı portuqaliyalı ilə maraqlanır - "Mançester Yunayted”

1 Avqust 00:10 İngiltərə 463
“Yuventus”dakı portuqaliyalı ilə maraqlanır -

“Mançester Yunayted” “Yuventus”un və Portuqaliya millisinin futbolçusu Fransisko Konseysao ilə maraqlanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 23 yaşlı yarımmüdafiəçinin transfer imkanlarını dəyərləndirir və bununla bağlı “Yuventus”dan məlumat istəyib.

Konseysaonun Turin təmsilçisi ilə müddəti 2030-cu ilin iyununun sonuna qədər qüvvədə olan müqaviləsi var.

O, ötən mövsüm A Seriyasında 31 oyunda meydana çıxaraq, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalına əsasən, Konseysaonun dəyəri 30 milyon avro təşkil edir.

Digər Xəbərlər
Xəbər Lenti