Sürpriz gedişin gizli tərəfləri – Özü gedib, yoxsa göndərilib?

16:40 I Divizion 226
Sürpriz gedişin gizli tərəfləri – Özü gedib, yoxsa göndərilib?

“Zaqatala”da Rüstəm Məmmədov dövrü başa çatdı.

2017-ci ildən əsas komandada baş məşqçi vəzifəsini icra edən çalışdırıcının bölgə təmsilçisindən ayrılığı birmənalı qarşılanmadı.

İndiyə qədər kifayət qədər çətinlik və problemlər olsa da, Məmmədov “Zaqatala”dakı fəaliyyətini davam etdirmiş, kollektivin qarşısına qoyulan hədəfə çatmasına kömək etmişdi.

41 yaşlı mütəxəssis bir müddət öncə Pro kateqoriyasına sahib olmuşdu. Ehtimal etmək olardı ki, məşqçilər üçün nəzərdə tutulmuş ali lisenziyaya sahiblənəndən sonra klub rəhbərliyi baş məşqçiyə dəstəyi artıracaq, komandanın növbəti mövsümdə uğurlu çıxışı üçün imkanları genişləndirəcək.

Fərqli mənzərənin şahidi olduq.

Bölgədən redaksiyamıza verilən məlumata görə, “Zaqatala”dan ayrılmağı baş məşqçinin özü istəyib.

Başbilənlər əməkdaşlığı davam etdirmək üçün onunla danışıq aparıb, yeni komanda formalaşdırmağı tapşırıb.

Lakin o, mövcud şərtlərlə işləməkdə maraqlı olmadığını deyib. Fikirlər və gələcəklə bağlı planlar heç bir halda üst-üstə düşməyib.

Nəticədə əl sıxıb, bir-birinə uğur arzulayıb sağollaşıblar.

“Zaqatala” ötən mövsüm I Liqanı 10 komanda arasında 7-ci pillədə başa vurduğunu da maraq üçün xatırladaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyul 17:30 Çək və bizə göndər!