Xəbər verdiyimiz kimi, Abşeronda baş vermiş ağır qəzada 2 keçmiş futbolçu həlak olub.
Sportinfo.az xəbər verir ki, Lökbatan-Qobu yolunda baş vermiş hadisədə həyatını itirən Rauf Ədalət oğlu Hüseynov və dostu Bəhruz İlham oğlu Sultanov futbol məşqçisi kimi Lökbatan və Qobuda yeniyetmələrə məşqlər keçirmişlər.
Onlar həm də Qobuda birlikdə avtoyuma məntəqəsi işlədiblər.
Hadisə vaxtı Raufun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə Mais Ağahüseyn oğlu Ağaverdiyevin idarə etdiyi “Qazel” markalı yük avtomobili toqquşub.
Nəticədə R.Hüseynov və onun avtomobilindəki sərnişin B.Sultanov dünyasını dəyişib, digər sürücü xəsarət alıb.
Fotoda Rauf Hüseynov

Fotoda Bəhruz Sultanov


