Nihad Süleymanlı dünya çempionatının 1/4 finalında uduzdu

04:50 Güləş 69
Nihad Süleymanlı dünya çempionatının 1/4 finalında uduzdu

Azərbaycan sərbəst güləşçisi Nihad Süleymanlı Bakıda təşkil olunan U-17 dünya çempionatında 1/4 finalda uduzub.

Sportinfo.az xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı türkiyəli Volkan Bilginə 6:10 hesabı ilə məğlub olub.

N.Süleymanlı 1/8 finalda qırğızıstanlı Ali Zakirjanovu 10:0 hesabı ilə üstələmişdi.

Dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 İyul 18:10 Çək və bizə göndər!
31 İyul 09:40 Bəlkə də…