90 milyon avroluq təklifinə cavab gözləyir - Premyer Liqanın son çempionu

31 İyul 15:20 İngiltərə 1 145
90 milyon avroluq təklifinə cavab gözləyir - Premyer Liqanın son çempionu

“Arsenal” Braziliya millisinin və “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeşi transfer etmək istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 28 yaşlı futbolçu üçün “Nyukasl”a 90 milyon avroluq təklif göndərib və hazırda qarşı tərəfin cavabını gözləyir.

“Topçular” bu transferi yaxın günlərdə yekunlaşdıracaqlarına inanırlar.

Braziliyalı futbolçu 2022-ci ilin yanvarından “Nyukasl”ın şərəfini qoruyur. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

“Transfermarkt” portalına əsasən, Gimarayeşin dəyəri 70 milyon avro təşkil edir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!