Azərbaycan klubuna yeni əcnəbi baş məşqçi təyin olundu

31 İyul 07:50 Basketbol 2 635
Azərbaycan klubuna yeni əcnəbi baş məşqçi təyin olundu

"Gəncə" basketbol klubunun yeni baş məşqçisi məlum olub.

Sportinfo.az xəbər verir ki, "sarı-göylər"i ABŞ-dən olan Martin Knejeviç çalışdıracaq.

47 yaşlı mütəxəssislə qarşıdakı mövsümün sonuna kimi müqavilə bağlanıb.

M.Knejeviç 12 illik peşəkar məşqçi karyerasında vətənindən başqa 7 ölkədə işləyib. O, Kanada, Danimarka, Rumıniya, Livan, Vyetnam, Meksika və Çində fəaliyyət göstərib.

NBA-da çıxış edən bir çox oyunçu ilə çalışan mütəxəssis "Dallas" və "Klivlend" kimi klublarda iş təcrübəsinə malikdir.

Digər Xəbərlər
Xəbər Lenti