Adnan Əhmədzadənin yaxın adamı yenə aldatdı, 1 qəpik də vermədi

21:20 I Divizion 840
Adnan Əhmədzadənin yaxın adamı yenə aldatdı, 1 qəpik də vermədi

2025-ci ilin yanvarında «Mingəçevir»i himayəsinə götürmüş ASTA-nın rəhbəri Rafael Bünyatov sözünün üstündə dayanmayıb.

O, kluba olan borcunu ödəməyi vəd etsə də, dediyini yerinə yetirməyib.

Bu gün saat 18:00-da öhdəlik tarixi bitib - Adnan Əhmədzadənin yaxın adamından yenə səs çıxmayıb.

I Liqada mübarizə aparan klub aylardan bəridir borc içində üzür. Bütün bunlar ötən ilin sentyabrından - A.Əhmədzadənin həbsindən az sonra başlayıb.

R.Bünyatov komandanı yaşatmağı öz üzərinə götürüb, işinə davam edib. Yanvarda isə «Mingəçevir»ə naxçıvanlı iş adamlarından biri dəstək göstərməyə başlayıb.

Buna rəğmən, borc yükü yenə artıb. Hazırda Bünyatovun ödəməli olduğu borc 250 min manata yaxındır.

«Mingəçevir»lilər 2 aydır ümumiyyətlə pul üzünə həsrətdir. Bünyatov «bu gün-sabah» deyə-deyə, vaxt udub. Nəhayət, bu gün üçün söz vermişdi ki, ödəmələri son qəpiyinədək edəcək. Yenə olmadı.

Bundan sonra «tut gəldi» mərhələsi başlayacaq. Klubda kim varsa, hamısı şikayət edəcək - kimisi AFFA-ya, kimisi məhkəməyə.

Çünki Bünyatov yalnız məşqçi və futbolçuları aldatmayıb. Onun yalan vədlərinin qurbanı olanlar arasında sıravi işçilər - sürücü və xadimələr də var.

Üstəlik, «Mingəçevir»lə əməkdaşlıq etmiş otel və qida müəssisəsi də alacağı pulu gözləyir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti