Bir ay danışıqlar apardılar, 1000 manat artığına müqavilə bağladılar

11:20 Kəpəz 163
Bir ay danışıqlar apardılar, 1000 manat artığına müqavilə bağladılar

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.

Gəncə təmsilçisi bu dəfə Rafael Məhərrəmlinin keçidini rəsmiləşdirib.

26 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Son olaraq “Şamaxı”da çıxış edən cinah oyunçusu ötən mövsüm Misli Premyer Liqasında 16 oyun keçirib.

Onun gəlişi ”Kəpəz”ə 6000 manata ”oturub”. Rafael yeni klubundan məhz bu qədər əməkhaqqı alacaq.

Maraqlısı budur ki, ”sarı-göylər” 1 ay qabaq Məhərrəmliyə 5000 manat maaş təklif edib. Həmin vaxt tərəflər arasında anlaşma baş tutmayıb, indi isə 1000 manat artığına əl sıxışıblar.

"Kəpəz" onadək 5 yeni futbolçunu sıralarına qatıb.

Rojerio Santos ("İroni Tiberias", İsrail), Vadim Abdullayev ("Karvan-Yevlax"), Azuma Abubakar (“Lustenau”, Avstriya), Urfan Abbasov ("Araz-Naxçıvan") və Kennet Kalunqa (“Mingəçevir”) ilə anlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyul 17:30 Çək və bizə göndər!