"Kəpəz" iki yeni legionerlə anlaşıb.
Növbəti mövsümdə də Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq Gəncə təmsilçisi bu dəfə hücum fazasına diqqət yetirib.
Razılığı alınan əcnəbilərin ikisi də ön xətdə çıxış edir.
Cütlük birbaşa müqavilə bağlamaq üçün yaxın günlərdə Azərbaycana təşrif buyuracaq.
Bir müddət əvvəl Azər Məmmədovu baş məşqçi postuna qaytarmış "sarı-göylər" ikisi yerli olmaqla, 5 transfer çalışması həyata keçirib.
Rojerio Santos ("İroni Tiberias", İsrail), Vadim Abdullayev ("Karvan-Yevlax"), Azuma Abubakar ( “Lustenau”, Avstriya), Urfan Abbasov ("Araz-Naxçıvan") və Kennet Kalunqa (“Mingəçevir”) komandanın yeni üzvləri sırasına daxildir.
SPORTİNFO.AZ

