Polşalı Adam Kusior Bakıda gənc məşqçilər üçün təlim keçəcək

1 Avqust 04:40 Boks 339
Polşalı Adam Kusior Bakıda gənc məşqçilər üçün təlim keçəcək

Bakıda növbəti məşqçilik seminarı təşkil olunacaq.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının dəstəyi ilə bu il ikinci dəfə baş tutacaq təlimlərə beynəlxalq boks dərsliyinin müəllifi, təcrübəli polşalı mütəxəssis Adam Kusior rəhbərlik edəcək.

O, Bakı Boks Mərkəzində əsasən yerli gənc məşqçilərə qaydalardakı dəyişikliklər, onların tətbiqi, məşq proseslərinin daha da təkmilləşdirilməsi ilə bağlı seminar keçəcək.

Avqustun 3-9-da təşkil ediləcək təlimlər nəzəri və praktiki hissədən ibarət olacaq, ardınca məşqçi-müəllimlər imtahan verəcəklər.

Seminara 30-dək çalışdırıcı qatılacaq. İmtahandan uğurla keçən iştirakçılara sertifikatlar təqdim olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"