Bolqarıstanın əfsanəsi "Qarabağ"dan həyacanla danışdı

19:20 Qarabağ 154
Bolqarıstanın əfsanəsi "Qarabağ"dan həyacanla danışdı

Bolqarıstan futbolunun əfsanəsi Xristo Stoiçkov SSKA-nın "Qarabağ" üzərində qələbə qazanaraq Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlməsindən sonra fikirlərini bölüşüb.

Sportinfo.az Bolqarıstanın "sportal.bg" saytına istinadən xəbər verir ki, Stoiçkov qarşılaşmanın jurnalistlərə açıqlamasında olduqca gərgin keçdiyini bildirib:

"Çətin oyun oldu. Komanda ilk dəqiqədən qələbə istəyirdi.

Bunun üçün daha çox istək və xarakter göstərmək lazım idi. Gərginlik böyük idi, amma bu, kubok matçıdır və son fitədək mübarizə aparmalısan.

Həm onların, həm də bizim qol imkanlarımız oldu. Penaltilər də futbolun bir hissəsidir".

Stoiçkov etiraf edib ki, uzun müddətdən sonra bu qədər həyəcan yaşayıb: "Sonuncu dəfə dünya çempionatının finalında bu qədər gərginlik hiss etmişdim".

O, futbolçuları qələbə münasibətilə təbrik etdiyini də vurğulayıb: "Uşaqlara uğurlar arzuladım. Bu oyun artıq geridə qaldı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti