Konte "İnter"dən ayrılır?

3 Avqust 2020 15:32 İtaliya 902
Konte "İnter"dən ayrılır?

"İnter"in baş məşqçisi Antonio Kontenin istefaya göndəriləcəyi barədə xəbərlər yayılıb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssislə bağlı bu gün qərar veriləcək.

O, klubun direktoru Beppe Marotta ilə görüşəcək və gələcəyini müzakirə edəcək. Məlumata görə, 51 yaşlı mütəxəssisin fikirləri klub rəhbərliyi ilə üst-üstə düşmür.

Buna görə də Konte Milan təmsilçisindən qalmaq istəmir. "İnter"in baş məşqçi postuna yeni namizədlər də açıqlanıb. Maurisio Poçettino və ya Massimiliano Alleqrinin bu vəzifəyə gətiriləcəyi iddia edilir.

Konte ötən mövsümdən "İnter"i çalışdırır. "Göy-qaralar" A Seriyasında 2-ci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!
11 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
11 Sentyabr 03:40 “Sabah”a gəldilər - FOTO
11 Sentyabr 03:10 Ləman “Neftçi” yolunda