"Messini ya yuxumda, ya da "Playstation"da dayandıra bilərəm"

2 Avqust 2020 23:20 İtaliya 801
"Messini ya yuxumda, ya da "Playstation"da dayandıra bilərəm"

"Napoli"nin baş məşqçisi Cennaro Qatuzzo Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə görüşdən öncə komandanın kapitanı Lionel Messi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, argentinalı hücumçu haqqında düşüncələri ilə bağlı verilən sualı belə cavablandırıb:

"Messini ya yuxumda, ya da oğlumun "Playstation"ında saxlaya bilərəm. "Milan"da oynayanda indikindən 10-15 kq arıq idim və onun qarşısını kəsməyə çalışmışdım".

Çempionlar Liqasının 1/16 finalının cavab oyunları çərçivəsində keçiriləcək "Barselona" - "Napoli" matçı avqustun 8-də baş tutacaq. Komandalar arasında ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti