"Napoli" nigeriyalı hücumçunu 5 illik transfer etdi

1 Avqust 2020 11:20 İtaliya 691
"Napoli" nigeriyalı hücumçunu 5 illik transfer etdi

"Napoli" "Lill"in hücumçusu Viktor Osimheni transfer edib.

Sportinfo.az xəbər verir ki, Neapol təmsilçisi 21 yaşlı forvardla 5 illik müqavilə imzalayıb.

"Napoli" nigeriyalı futbolçunun keçidi üçün 50 milyon avrosundan keçib. Bundan əlavə, daha 10 milyon bonuslar şəklində ödəniləcək.

Osimhen ötən mövsüm 38 oyunda 18 qol vurub, 6 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti