"Messinin "Barselona"dan ayrılacağına inanmıram, gəlməz"

30 İyul 2020 13:54 İtaliya 473
"Messinin "Barselona"dan ayrılacağına inanmıram, gəlməz"

Argentina millisinin və “Barselona”nın futbolçusu Lionel Messinin “İnter”ə keçəcəyi ilə bağlı iddialar daha da artıb.

Sportinfo.az xəbər verir ki, buna Milan klubunun sahibi Stiven Cana məxsus “Suninq” televiziya kanalındakı görüntü səbəb olub.

“İnter”in A seriyasının XXXVII turunun “Napoli” ilə görüşünün anonsu zamanı Messinin obrazı nümayiş olunur. Lionelin silueti Milandakı kafedral kilsə fonunda görüntülənib.

Bu, futbolçuya ildə 50 milyon avro maaş verməyə hazır olan “İnter”in bu keçidə nə qədər önəm verməsini bir daha göstərib. “Barselona”nın yetirməsi olan Messinin müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

“İnter"in baş məşqçisi Antonio Konte onun transfer ehtimalını şərh edib. İtaliyalı mütəxəssis jurnalistin “Messi, yoxsa 50 milyon avro dəyərində 4 oyunçu” sualını belə cavablandırıb:

“Düşünürəm ki, hər iki ssenari yersizdir. Oyunçularımın tərəfdarıyam. Əllərindən gələni etdiklərinə zəmanət verə bilərəm. Messiyə gəlincə, Milan kafedralını komandaya gətirmək, onu almaqdan daha asandır.

Yayılan xəbərlər yalandır, inanmayın. Messi "İnter"ə heç "Fantasy Football" oyununda da gəlməz. Üsətlik, onun "Barselona"dan ayrılacağına inanmıram".

Milan kafedralı İtaliyanın ikinci, dünyanın isə ən böyük beşinci kilsəsidir.

Digər Xəbərlər
Xəbər Lenti