Ronaldo, sən nəyə qadirsən…

28 İyul 2020 12:02 İtaliya 3 245
Ronaldo, sən nəyə qadirsən…

Futbol tarixinin ən məhsuldar oyunçularının siyahısında dəyişiklik olub.

Sportinfo.az xəbər verir ki, “Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo siyahıda ikinci pillənin vahid sahibi olub.

O, buna rəsmi matçlarda 735-ci qolunu vurmaqla imza atıb. “Sampdoriya” ilə A seriyasının matçındakı (2:0) qol braziliyalı Romarionu keçmək üçün kifayət edib.

Ronaldo futbol tarixinin ən yaxşı bombardirləri siyahısında yalnız Peledən geri qalır. Futbol kralı 767 dəfə fərqlənib.

1. Pele – 767
2. Kriştiano Ronaldo – 735
3. Romario – 734
4. Herd Müller – 720
5. Lionel Messi – 716
6. Ferens Puşkaş – 706
7. Yozef Biscan – 636
8. Eysebio – 615
9. Ferens Daek – 558
10. Artur Fridenrayx – 554
11. Zlatan İbrahimoviç – 542
12. Ziko – 525
13. Alfredo Di Stefano - 516

Digər Xəbərlər
Xəbər Lenti