"Bəzi insanlar məni hesabdan silmək istəyirdi"

25 İyul 2020 17:24 İtaliya 672
"Bəzi insanlar məni hesabdan silmək istəyirdi"

"Milan"ın isveçli hücumçusu Zlatan İbrahimoviç karyerasını bitirəcəyi ilə bağlı fikrilərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı futbolçu sosial şəbəkə hesablarında video paylaşaraq bunları yazıb:

"Karyeramın sona çatdığını düşünənlər məni tanımırlar. Mən sizin kimi deyiləm. Əgər hər şeyin başa çatdığını düşünürsünüzsə, yanılırsınız. Bütün həyatım boyu mübarizə aparmaq məcburiyyətində qalmışam.

Heç kim mənə inanmırdı. Buna görə də mən özümə inandım. Bəzi insanlar məni hesabdan silmək istəyirdi. Amma məni daha da güclü etdilər.

Və indi mənim tükəndiyimi düşünürsünüz. Hamınıza demək istədiyim yeganə şey var: Mən Zlatan İbrahimoviçəm və hələ yeni qızışıram".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda