2 il sonra yenidən A Seriyasında

25 İyul 2020 11:20 İtaliya 1 739
2 il sonra yenidən A Seriyasında

İtaliya A Seriyasında 2020/21 mövsümünün daha bir iştirakçısının adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, B Seriyasında çempionluğu təmin edən “Benevento”nun ardından “Krotone” də elitaya vəsiqə qazanıb.

Sözügedən komanda buna 36-cı tur çərçivəsində səfərdə “Livorno”nu 5:1 hesabıyla məğlub etməklə nail olub. Xal ehtiyatını 65-ə çatdıran “Krotone” sona iki tur qalmış izləyiciləri üçün əlçatmaza çevrilib.

“Krotone” 2 il əvvəl A Seriyasını tərk etmişdi. Kalabriya təmsilçisi tarixində üçüncü dəfə elitaya yüksəlir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM