Hakan fərqləndi, "Milan" "Atalanta"nı yenə bilmədi - VİDEO

25 İyul 2020 11:06 İtaliya 664
Hakan fərqləndi, "Milan" "Atalanta"nı yenə bilmədi - VİDEO

İtaliya A Seriyasında XXXVI tura start verilib.

açılış matçında "Milan" və "Atalanta" üz-üzə gəlib.

"Cüzeppe Meatsa" stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 14-cü dəqiqədə meydan sahiblərindən Hakan Çalhanoğlu açıb. Bundan 20 dəqiqə sonra Duvan Sapata bərabərlik qolunu vurub.

Bu nəticədən sonra xalını 75-ə çatdıran "Atalanta" lider "Yuventus"la xal fərqini 5-ə endirib. "Milan" isə 60 xalla 6-cı pillədə qalıb.

"Milan" – "Atalanta" 1:1

Qol: H.Çalhanoğlu, 14 – Sapata, 34.

Digər Xəbərlər
Xəbər Lenti