“Məni yaramaz hesab edirlər, onlara əhəmiyyət vermirəm”

23 İyul 2020 14:50 İtaliya 1 231
“Məni yaramaz hesab edirlər, onlara əhəmiyyət vermirəm”

“Yuventus” demək olar ki, İtaliya çempionluğunu təmin edib.

Amma buna baxmayaraq, komandanın baş məşqçisi Mauritsio Sarri kəskin tənqid olunur. Onu baxımsız futbol fəlsəfəsinə görə ittiham edirlər.

Sportinfo.az xəbər verir ki, Sarri tənqidlərə cavab verib: “Yəqin ki, bəzi insanlar məni yaramaz hesab edirlər. Ancaq onlara əhəmiyyət vermirəm.

Komandanın gündəlik rejimdə üzləşdiyi çətinlikləri görürəm. Qoy onlar tənqid etsinlər, mən isə komandanın bu problemlərinin analizi üçün böyük vaxt sərf edirəm”.

“Yuventus” son 4 tur ərəfəsində 80 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədə qərarlaşan “Atalanta”nın 74 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti