"Heç kim mənə heç nə deməyib və mən heç nə gözləmirəm"

23 İyul 2020 01:52 İtaliya 677
"Heç kim mənə heç nə deməyib və mən heç nə gözləmirəm"

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç dubl etdiyi A seriyasının "Sassuolo" ilə oyunu (2:1) və klubdakı gələcəyi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, İtaliya mətbuatına açıqlamasında deyib:

"Yaxşı futbol nümayiş etdirən bir komanda ilə çətin matçda qalib gəldik. Bu oyunda uğur qazandıq, amma mövsüm hələ bitməyib. Hədəfimizə doğru irəliləyirik. Beşinci yeri tutmaq istəyirik.

Hələ üç matçımız var və klubla müqaviləm 10 gündən sonra bitir. Heç kim mənə heç nə deməyib və mən heç nə gözləmirəm. Pioli haqqında heç nə bilmirdim, hər gün yeni bir şey öyrənirəm".

Qış transfer pəncərəsində "Milan"a qayıdan 38 yaşlı hücumçu 17 matçda 8 qol vurub, 4 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı