Bu hücumçu üçün pul və qapıçı təklif etdi - "Yuventus"

20 İyul 2020 11:20 İtaliya 959
Bu hücumçu üçün pul və qapıçı təklif etdi -

"Atalanta"nın hücumçusu Duvan Zapata İtaliyada klubunu dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, "Yuventus" hücum xəttini 29 yaşlı oyunçu ilə gücləndirmək niyyətindədir.

Turinlilər uzun müddətdir Kolumbiya millisinin üzvünü izləyir. "Qoca sinyora" onun transferi müqabilində qarşı tərəfə 30 milyon avro və qapıçı Matteo Perini təklif edib.

Bu sövdələşmə gerçəkləşərsə, "Atalanta" qapıçısı Pyerluici Qollinini satacaq. Zapata cari mövsüm A seriyasında iştirak etdiyi 24 oyunda 17 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti