Ronaldo "Instagram"dakı hesabında nə yazdı?

12 İyul 2020 16:00 İtaliya 2 289
Ronaldo "Instagram"dakı hesabında nə yazdı?

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo İtaliya çempionatının 32-ci turu çərçivəsində "Atalanta" ilə matçın (2:2) nəticəsini şərh edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmada iki penalti reallaşdırmış ulduz oyunun çətin keçdiyini vurğulayıb.

"Mürəkkəb oyun, amma çox vacib an. Sona kimi mübarizə aparmaqda davam edirik", - Ronaldo özünün "Instagram"dakı hesabında yazıb.

"Yuventus" 32 turdan sonra 76 xal yığaraq A Seriyasının turnir cədvəlində birinci yeri tutur. "Atalanta" 67 xalla üçüncü yerdə qərarlaşıb. "Yuventus" İtaliya çempionatının növbəti turunda "Sassuolo" ilə oynayacaq. Oyun iyulun 15-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti