“Mən Avroliqa oyunçusu deyiləm, burada qalmayacam”

10 İyul 2020 16:42 İtaliya 608
“Mən Avroliqa oyunçusu deyiləm, burada qalmayacam”

Zlatan İbrahimoviç gələcək karyerası ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, İbra “Milan”da qalmayacağına işarə edib.

O, Avroliqa futbolçusu olmadığını vurğulayıb: “İbra ona görə oynayır ki, nəsə qazansın, əks təqdirdə evdə oturaram. Onlar mənə dedilər ki, Amerikaya getmək ən asan yoldur. Ona görə də Milana qayıtdım.

Bura yalnız ehtiras üçün gəlmişəm. Əsasən havayı oynayıram. Mən futbol oynamaq üçün doğulmuşam. Hələ də futbolda ən yaxşıyam.

Baxaq görək, 2 aydan sonra özümü necə hiss edəcəm. Klubda nə baş verəcəyini də nəzərə almalıyam.

Əgər hər şey indiki kimi olsa, düzünü deyim ki, burada qalmayacam. Nə İbrahimoviç Avropa Liqasının oyunçusudr, nə də “Milan” bu liqanın komandasıdır”.

Digər Xəbərlər
Xəbər Lenti